8 Sentyabr 19:58 Yığmamız böyük hesabla uduzdu - YENİLƏNİB
FUTBOL xəbərləri 8 Sentyabr 19:58
10044 baxış

Yığmamız böyük hesabla uduzdu - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət yığmamız Avro-2017-nın seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız öz meydanında Almaniya millisi ilə üz-üzə gəlib.

 

Bu ay keçirdiyi ilk görüşdə Avstriyaya uduzan (0:2) U-21-in almanlarla matçda hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi. Yaşar Vahabzadənin komandası güclü rəqibi qarşısında heç nə ilə yadda qalmayıb.

 

İlk yarıda hesabda geri düşən və hissənin son dəqiqələrində azlıqda qalan millimiz, oyunun sonlarında tamamilə təslim olub. Qonaqların heyətində 2 dəfə Selke, bir dəfə isə Kimmix fərqlənib.

 

Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk matçında isə Farer adalarına 1:0 hesabı ilə qalib gəlib. 

 

8 sentyabr

Azərbaycan – Almaniya - 0:3

Qol: Selke, 33, 90+3, Kimmix, 88 (pen.)

Qırmızı vərəqə: Adil Nağıyev, 45

 

“Dalğa Arena”. Hakimlər: Aleksandr Bukaut, Cimmi Kremers, Lauren Konott, Nikolas Laforq (hamısı Belçika)

 

Azərbaycan: 1. Şahruddin Maqomedəliyev, 4. Adil Nağıyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 5. Elvin Bədəlov, 7. Taşkın İlter, 8. Elşən Abdullayev, 9. Coşqun Diniyev, 10. Orxan Əliyev, 16. Elvin Camalov, 21. Elnur Cəfərov

Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 3. Azad Kərimov, 6. Vüqar Mustafayev, 21. İlyas Səfərzadə, 23. Fəhmin Muradbəyli, 13. Bilal Sezər, 11. Kərim Benke


Almaniya: 12. Timon Vellenroyter, 2. Niklas Süle, 3. Conatan Tah, 5. Jeremi Tolyan, 10. Loren Qoretzka (k), 11. Julian Brandt, 15. Josua Kimmiç, 20. Yannik Qerhardt, 21. Maksimilian Arnold, 9. Timo Verner, 19. Davie Selke 

Ehtiyat oyunçular: 1. Marvin Şvabe, 6. Julian Veiql, 14. Lukas Klosterman, 4. Niklas Stark, 7. Levin Öztunali, 8. Maks Meyer, 22. Serje Qnabri

 

1.

Avstriya

1

1

0

0

2:0

3

2.

Almaniya

1

1

0

0

3:0

3

3.

Finlandiya

1

1

0

0

2:0

3

4.

Azərbaycan

  3

  1

  0

  2

    1:5

   3

5.

Rusiya

  1

  0

  0

  0

    0:2

   0

6.

Farer adaları

  1

  0

  0

  1

    0:1

   0

 

 

 

 

Xəbər lenti