27 Avqust 18:59 Yığmamız bu dəfə 6 qol vurdu - FOTO
FUTBOL xəbərləri 27 Avqust 18:59
465 baxış

Yığmamız bu dəfə 6 qol vurdu - FOTO

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. Apasport.az saytının xəbərinə görə, “ABU Arena”da keçirilmiş qarşılaşma futzalçılarımızın qələbəsi ilə başa çatıb - 6:2.

 

Millimizin qollarını Vitali Borisov, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, İsa Atayev, Amadeo Da Silva və Conatan Luis vurub.

 

Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq oyunu millimizin 5:0 hesablı qələbəsi ilə başa çatmışdı.