17 İyun 22:00 Yığmamız Farer adalarından yubileylə qayıdır - YENİLƏNİB
FUTBOL xəbərləri 17 İyun 22:00
6668 baxış

Yığmamız Farer adalarından yubileylə qayıdır - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində bu gün ilk sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, millimiz səfərdə Farer adaları ilə qarşılaşıb.

 

Almaniya, Avstriya, Rusiya və Finlandiyanın da olduğu qrupda yer alan U-21 seçmə mərhələyə qələbə ilə başlayıb.

 

Səfərdən 3 xalla dönən millimizin bu nəticəsi həm də yubiley kimi qeyd olunub. Belə ki, bu vaxta qədər 10 dəfə seçmə mərhələdə iştirak edən komandamız 82 oyunda 9 qələbəyə imza atmışdı. Rəqib meydanında əldə olunan minimal hesablı qalibiyyət isə bu baxımdan yubiley - 10-cu qələbə olub.

 

Xatırladaq ki, bu Farer adaları ilə ilk görüşümüz deyildi.

 

Daha əvvəl AVRO-2009-un seçmə mərhələsində də Farer adaları ilə qarşılaşan millimiz səfərdə 0:1 hesabı ilə uduzmuşdu. Ev qarşılaşmasında da qələbə qazana bilməyən komandamız 2:2 hesablı heç-heçə etmişdi.

 

 

AVRO-2017-nin seçmə mərhələsi

VII qrup

17 iyun

Farer adaları – Azərbaycan - 0:1

Qol: Azər Salahlı, 81

 

Toftir. Toftir stadionu

Baş hakim: Rumer Tarayev (Estoniya)

 

Farer Adaları: Elias Rasmussen, Andreas Eriksen, Poul Mikkelsen, Conas Hansen, Hakun Edmundson, Leyvur Yoensen, Benjamin Heyensen, Yohannes Byartalis, Haraldur Hoyqard, Poul İnqason, Patrik Yoxanessen

Ehtiyat oyunçular: Fridi Siqurdson, Bartal Vardum, Betuel Hansen, Qunnar Vanhamar, Karstin Hoyqard, Maqnus Egilson, Meynhard Olsen

Baş məşqçi: Bill Yakobsen

 

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Azad Kərimov, Adil Nağıyev, Cəmil Hacıyev, Azər Salahlı, Vüqar Mustafayev, Elşən Abdullayev, Coşqun Diniyev, Orxan Əliyev, Aaron Behnke, Elnur Cəfərov

Ehtiyat oyunçular: Emil Balayev, Tural Hümbətov, İlyas Səfərzadə, Elvin Bədəlov, Elvin Camalov, Vadim Abdullayev, Vadim Ağarəhimov

Baş məşqçi: Yaşar Vahabzadə

 

Xəbər lenti