13 Noyabr 12:17 Yığmamız Polşa, Macarıstan və Estoniya ilə eyni qrupa düşdü
FUTBOL xəbərləri 13 Noyabr 12:17
781 baxış

Yığmamız Polşa, Macarıstan və Estoniya ilə eyni qrupa düşdü

Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının 2016/17 mövsümünün ilkin mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gələn il baş tutacaq mərhələ oyunlarında çıxış edəcək Azərbaycan millisinin də rəqibləri bəlli olub.

 

Yığmamız 3-cü qrupda mübarizə aparacaq. Komandamızın rəqibləri isə Polşa, Macarıstan və Estoniyadı.

 

İlkin mərhələnin qarşılaşmaları gələn il avqustun 1-dən oktyabrın 31-dək davam edəcək. Hər qrupda ilk 2 pillənin sahibi növbəti mərhələyə yüksələcək. Qrup üçüncüləri arasında ən yaxşı göstəriciyə malik yığma da mübarizəni davam etdirəcək.

 

 

 

Xəbər lenti