12 Avqust 10:00 Yığmamızın Çexiya ilə oyun üçün heyəti açıqlandı
FUTBOL xəbərləri 12 Avqust 10:00
554 baxış

Yığmamızın Çexiya ilə oyun üçün heyəti açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan millisi Estoniya səfərinə hazırlaşır. Apasport.az saytı xəbər verir ki, yığmamız Parnu şəhərində təşkil olunacaq Avro Liqanın Super Final mərhələsində mübarizə aparacaq.

 

Millimizin səfərə çıxacaq heyəti və keçirəcəyi oyunların təqvimi də artıq bəllidi. Komandamız Estoniyaya bu oyunçularla gedəcək: Vaqif Şirinbəyov, Elçin  Qasımov, Renat Sultanov, Vüsal İsmayılov, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Namiq İsgəndərov, Rüfət Məmmədov

 

Təqvim

20 avqust

14:30 Azərbaycan – Rumıniya

 

21 avqust

13:15 Azərbaycan – Çexiya

 

22 avqust

13:15 Turkiyə – Azərbaycan

 

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Xəbər lenti