28 Oktyabr 15:13 Yığmamızın məşqçiləri iş başında
FUTBOL xəbərləri 28 Oktyabr 15:13
408 baxış

Yığmamızın məşqçiləri iş başında

Topaz Premyer Liqasının X turu Azərbaycan yığmasının məşqçilərinin diqqətində olacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millinin baş məşqçisi Robert Prosineçki və köməkçiləri bu gün 3 matçda iş başında olacaqlar.

 

Prosineçki və köməkçisi Mahmud Qurbanov saat 17:00-da başlayacaq “Zirə” – “Kəpəz” oyununu tribunadan canlı izləyəcək. Xorvatiyalı mütəxəssis köməkçisi ilə birlikdə bu qarşılaşmadan dərhal sonra 8-ci kilometr stadionunda yollanacaq və saat 19:00-da start götürəcək “Neftçi” – “İnter” oyununu seyr edəcək.

 

Həmçinin “Qarabağ” – “Rəvan” görüşünü millinin digər məşqçisi Elxan Abdullayev, “Neftçi” – “İnter” matçını isə qapıçılar üzrə məşqçi Faiq Əzizov izləyəcək.

Xəbər lenti