29 İyun 09:06 Yığmamızın məşqçisi “Dinamo” – “Qəbələ” oyununda
FUTBOL xəbərləri 29 İyun 09:06
534 baxış

Yığmamızın məşqçisi “Dinamo” – “Qəbələ” oyununda

Azərbaycan millisinin məşqçiləri klublarımızın avrokuboklardakı çıxışını izləyəcək. Apasport.az saytının məlumatına görə, artıq ilk belə qarşılaşmanı izləyəcək mütəxəssis müəyyənləşib.

 

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, onun köməkçisi Elxan Abdullayev Gürcüstana yollanacaq. O, Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tiflis) – “Qəbələ” oyununu izləyəcək.

 

Qeyd edək ki, bu oyun iyulun 2-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək.

 

Mənbə: affa.az

Xəbər lenti