29 Sentyabr 08:10 Yığmamızın qapıçısını Yılmaz Vural çalışdıra bilər
FUTBOL xəbərləri 29 Sentyabr 08:10
583 baxış

Yığmamızın qapıçısını Yılmaz Vural çalışdıra bilər

Yığmamızın qapıçısı Kamran Ağayevin formasını geyindiyi “Karşıyaka” klubunda istefa baş verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, PTT I liqa klubu baş məşqçisi Cüneyt Dumlupınarla yollarını ayırıb.

 

Onun ayrılığına səbəb komandanın mövsümə uğursuz start götürməsidi. Mövsümə çempionluq hədəfi ilə başlayan Karşıyaka təmsilçisi ilk 6 turda cəmi 5 xal toplaya bilib və hazırda 18 komanda arasında 13-cüdü.

 

Dumlupınar istefasından sonra bunları deyib: “Mən bu komandaya və futbolçulara sona qədər güvənirəm. İnanıram ki, bu heyət mövsümün sonunda Superliqaya vəsiqə qazanacaq. Amma mənim burda qalmağım kluba ziyan vura bilər”.

 

Qeyd edək ki, “Karşıyaka” rəhbərliyinin baş məşqçi postuna ilk namizədi Yılmaz Vuraldı.

Xəbər lenti