13 Mart 09:32 Yığmamızın qatıldığı turnirdə qeyri-adi hesab
FUTBOL xəbərləri 13 Mart 09:32
310 baxış

Yığmamızın qatıldığı turnirdə qeyri-adi hesab

21 yaşadək qızlardan ibarət Azərbaycan millisinin də qatıldığı beynəlxalq Afrodita kubokunda I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Kiprin Geroskipu şəhərində təşkil olunan yarışın ilk oyun günündə 4 qarşılaşma baş tutub.

 

Millimizin Maltaya 1:2 hesabı ilə uduzduğu B qrupunun digər oyununda meydan sahibləri Bəhreyni məğlub edib – 1:0.

 

A qrupunun qarşılaşmaları isə daha məhsuldar keçib. Belə ki, təkcə Yunanıstan – Livan görüşündə 14 qol vurulub – 14:0. Latviya isə BƏƏ üzərində qələbə qazanıb – 2:0.

 

Qeyd edək ki, turnirin II turunun oyunları bu gün keçiriləcək.

Xəbər lenti