7 Noyabr 13:33 Yığmamızın rəqibi heyəti açıqladı
FUTBOL xəbərləri 7 Noyabr 13:33
466 baxış

Yığmamızın rəqibi heyəti açıqladı

Ukrayna millisi Azərbaycana 20 futbolçu ilə gələcək. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçular arasında Avropa çempionatının Bakıda keçiriləcək seçmə mərhələsində çıxış edəcək ukraynalılar bu yarış üçün heyəti müəyyənləşdirib.

 

Onlar qrupda Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina yığmaları ilə mübarizə aparacaq. Ukrayna millisi Bakıda 2 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu ilə gələcək. Bu oyunçuların arasında İspaniya “Sevilya”sının üzvü də var.

 

Qapıçılar: Andrey Marçuk (“Volin”), Vladimir Maxankov (“Dinamo”);

Müdafiəçilər: Boqdan Mixaylіçenko (“Dinamo”), Dmitri Şevçenko, Yaroslav Fursov (hər ikisi “Şaxtyor”), Vasil Kravets, Vladimir Senitsya (hər ikisi “Karpatı”), Svyatoslav Şapovalov (“Dnepr”);

Yarımmüdafiıəçilər: Aleksandr Pіxalyonok, Andrey Korobenko (hər ikisi “Şaxtyor”), Aleksandr Timçik, Vladimir Şepelєv (hər ikisi “Dinamo”), Aleksey Qutsulyak (“Karpatı”), Yurі Vakulko (“Dnepr”);

Hücumçular: Aleksey Hebetun, Rostislav Taranuxa (hər ikisi “Dinamo”), İlya Markovski (“Çernomorets”), Denis Balanyuk, Artyom Dovbik (hər ikisi “Dnepr”), Marian Şved (“Sevіlya”, İspanіya).

 

Qeyd edək ki, seçmə oyunları noyabrın 10-15-də keçiriləcək.

Xəbər lenti