23 Sentyabr 08:34 Yığmamızın rəqibi heyətini açıqladı
FUTBOL xəbərləri 23 Sentyabr 08:34
486 baxış

Yığmamızın rəqibi heyətini açıqladı

Azərbaycan yığmasının Avro-2016-nın seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yığmasının heyəti açıqlanıb. Apasport.az-ın yerli mətbuata istinadən məlumatına görə, yeni baş məşqçi Ante Kaçiç 23 futbolçuya dəvət göndərib.

 

O, adlarını açıqladığı oyunçulara seçmə mərhələnin son iki turunda Bolqarıstan (10 oktyabr) və Malta (13 oktyabr) ilə matçlarda şans verəcək.

 

Qapıçılar: Daniel Subaşiç ("Monako", Fransa), Lovre Kaliniç ("Hayduk"), İvan Varqiç ("Riyeka")

Müdafiəçilər: Dario Srna ("Şaxtyor", Ukrayna), Vedran Çorluka ("Lokomotiv", Rusiya), Daniel Pranyiç ("Panatinaikos", Yunanıstan), Domaqoy Vida ("Dinamo", Kiyev, Ukrayna), Deyan Lovren ("Liverpul", İngiltərə), Sime Vrsaljko ("Sassuolo", İtaliya), Marko Leskoviç ("Riyeka"), Yosip Pivariç ("Dinamo", Zaqreb)

Yarımmüdafiəçilər: İvan Perişiç, Marselo Brozoviç (hər ikisi "İnter", İtaliya), Luka Modriç, Mateo Kovaçiç (hər ikisi "Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Milan Badelj ("Fiorentina", İtaliya)

Hücumçular: Mario Mandzukiç ("Yuventus", İtaliya), İvitsa Oliç (“Hamburq”, Almaniya), Nikola Kaliniç ("Fiorentina", İtaliya), Andrey Kramariç ("Lester", İngiltərə), Marko Pyaça ("Dinamo", Zaqreb), Duje Çop ("Malaqa", İspaniya)

Xəbər lenti