22 Avqust 12:50 Yığmamızın rəqibi üçün 23 futbolçu
FUTBOL xəbərləri 22 Avqust 12:50
267 baxış

Yığmamızın rəqibi üçün 23 futbolçu

21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi postuna bir neçə gün əvvəl təyin olunan Dmitri Xomuxa ilk heyətə 23 futbolçu daxil edib.

 

O, sentyabrın 4-də Finlandiya, 8-də Avstriya ilə səfərdə keçiriləcək qarşılaşmalara 23 oyunçu çağırıb. Təlim-məşq toplanışına avqustun 31-də başlayacaq rəqibimizin heyətinə əslən azərbaycanlı olan Ayaz Quliyevlə Ramil Şeydayev də dəvət olunub.

 

Qapıçılar: Anton Mitröşkin (“Spartak”, Moskva), Maksim Rudakov (“Zenit”, Sankt-Peterburq), Aleksandr Selixov (“Amkar”, Perm)

Müdafiəçilər: Dmitri Jivoqlyadov, Qriqori Morozov (hər ikisi “Dinamo”, Moskva), İlya Zuyev (“Zenit”, Sankt-Peterburq), Vyaçeslav Karavayev (“Yablonets”, Çexiya), Maksim Kuftin (“Stroqino”, Moskva), Vitali Lıstsov (“Benfika”, Portuqaliya), Elmir Nabiullin (“Rubin”, Kazan), Nikita Çernov (MOİK, Moskva)

Yarimmüdafiəçilər: Dmitri Barinov, Aleksey Mirançuk (hər ikisi “Lokomotiv”, Moskva), Aleksandr Qolovin, Dmitri Yefremov (hər ikisi MOİK, Moskva), Ayaz Quliyev (“Spartak”, Moskva), Aleksey Yevseyev (“Zenit”, Sankt-Peterburq), Roman Zobnin, Anatoli Katriç, Aleksandr Taşayev (hamısı “Dinamo”, Moskva), Arşak Korən (“Vitess”, Hollandiya)

Hücumçular: Andrey Panökov (“Atlantas”, Litva), Ramil Şeydayev (“Rubin”, Kazan).

 

Xəbər lenti