26 Oktyabr 10:08 Yığmamızın sabiq hücumçusu Latviyada penta-trik etdi
FUTBOL xəbərləri 26 Oktyabr 10:08
2776 baxış

Yığmamızın sabiq hücumçusu Latviyada penta-trik etdi

Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov Latviyada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun formasını geyindiyi “1625 Liepaya” I liqanın XXVIII turunda “Rezekne”ni qəbul edib.

 

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 7:0. Bu 7 qoldan 5-nə Əsgərov imza atıb.

 

Belə ki, meydana start heyətində daxil olan Əsgərov 18, 40, 60, 76 və 78-ci dəqiqələrdə fərqlənərək, penta-trikə imza atıb. Bununla, cari mövsümdə qollarının sayının 20-yə çatdıran 30 yaşlı forvard bombardirlər yarışında 3-cü pilləyə yüksəlib.

 

“1625 Liepaya” isə 28 turdan sonra aktivindəki 55 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır. Komanda mövsümü elə bu pillədə də tamamlayacaq. Çünki “1625 Liepaya”nın son 2 turda turnir cədvəlində nə yüksəlmək, nə də geriləmək şansı var.

 

Qeyd edək ki, Azərbaycanda “Sumqayıt” və “Araz Naxçıvan”ın formasını geyinmiş Vüqar Əsgərov yığmamızın heyətində 3 oyun keçirib.

Xəbər lenti