9 Oktyabr 17:10 Yığmamızın sabiq müdafiəçisi “Sumqayıt”ın baş məşqçisi təyin olundu
FUTBOL xəbərləri 9 Oktyabr 17:10
584 baxış

Yığmamızın sabiq müdafiəçisi “Sumqayıt”ın baş məşqçisi təyin olundu

"Sumqayıt" klubunda əvəzedici heyətin yeni baş məşqçi məlum olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Samir Abasovun əsas komandaya keçidindən sonra əvəzedici heyətdə onu İlham Yadullayev əvəz edib.

 

Yığmamızın sabiq müdafiəçisi mövsümün sonuna qədər əvəzedicilərin baş məşqçisi kimi fəaliyyət göstərəcək. O, təyinatı ilə bağlı bunları deyib: "İlk növbədə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bu vəzifəni mənə həvalə etdilər. Təxminən il yarımdı ki, bu klubda baş məşqçi Aqil Məmmədovun köməkçisi kimi çalışırdım. Bu müddət ərzində kifayət qədər təcrübə topladığımı deyə bilərəm. Artıq məni daha çətin iş gözləyir, məsuliyyətim xeyli artacaq. Çünki baş məşqçi olacağım üçün bütün suallar mənə ünvanlanacaq".

 

Yadullayev “Sumqayıt”ın əvəzedicilərinin ilk 7 turdan sonra turnir cədvəlinə başçılıq etməsinə də münasibət bildirib. O, həmçinin məşqçilər korpusunda yer alacaq digər mütəxəssislərin adlarını da açıqlayıb: "İşimin çətin olacağını bilirəm. Samir Abasov mənə hazır komanda verib. Fikirləşirəm ki, heç bir dəyişikliyə ehtiyac yoxdu. Lider komandada nəyisə dəyişməzlər. Mənim əvəzedici komandada baş məşqçi kimi əsas vəzifəm "Sumqayıt" Futbol Klubunun akademiyası ilə sıx işbirliyi və əsas komanda üçün futbolçu hazırlamaq olacaq. Düşünürəm ki, Samir müəllimlə mütəmadi işləyib, ümumi plan üzrə hərəkət edəcəyik. Komanda hazırda liderdi və mən mövsümün sonunda da bu komandanın lider olması üçün əlimdən gələni edəcəm. Köməkçilərimə gəlincə, bu işdə mənə qapıçılar üzrə məşqçi Etibar Şükürov və Zaur Hidayətov kömək edəcək".

Xəbər lenti