11 İyul 09:08 Yığmamızın üzvü “Dinamo”ya qarşı oynadı
FUTBOL xəbərləri 11 İyul 09:08
654 baxış

Yığmamızın üzvü “Dinamo”ya qarşı oynadı

Milli komandamızın futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Fortuna” klubu növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Düsseldorf təmsilçisi Ukrayna çempionu “Dinamo” (Kiyev) ilə qarşılaşıb.

 

Görüş ukraynalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 75-ci dəqiqədə Andrey Yarmolenko imza atıb.

 

Meydançaya start heyətində daxil olan Tuğrul Erat 64 dəqiqə mübarizə aparıb. Baş məşqçi Frank Kramer məhz həmin dəqiqədə yığmamızın üzvünü əvəz edib.

Xəbər lenti