28 Oktyabr 19:28 “Yolumuz bəllidi” – Tərlan Əhmədov
FUTBOL xəbərləri 28 Oktyabr 19:28
732 baxış

“Yolumuz bəllidi” – Tərlan Əhmədov

“Həqiqətən də ağır oyun idi. Evdə oynayan “Qəbələ” öncəki görüşdə də xal itirmişdi. Buna görə rəqibin aqressiv oynayacağını bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının X turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşan “təyyarəçilər”in baş məşqçisi bir xal qazandıqları oyun haqqında fikir bildirib: “Neftçi” ilə oyundan sonra uğurlu seriya yaratmaqda maraqlı idik. Tagim Novruzov və Seymur Əsədovun yoxluğunda yarımmüdafiədə problem yaşadıq. Bütün bu problemlərə baxmayaraq, xal qazana bildik və futbolçulara təşəkkür etdik. Yolumuz bəllidi. Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik”.

Xəbər lenti