10 Avqust 08:00 Yubiley mövsümü ərəfəsində
FUTBOL xəbərləri 10 Avqust 08:00
361 baxış

Yubiley mövsümü ərəfəsində

“Qəbələ” Topaz Premyer Liqasında yubiley mövsümünə start verir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün 2015/16 mövsümündə ilk oyununa çıxacaq “qırmızı-qaralar” Premyer Liqada özünün 10-cu mövsümünə başlayacaq.

 

Ümumilikdə isə bu, 24-cü ölkə çempionatının startıdı. 2006/07 mövsümündə güclülər dəstəsində debüt edən “Qəbələ” əvvəlki 9 mövsümdən ikisində çempionatı mükafatçılar sırasında başa vurub. Son iki yarışda ardıcıl iki bürünc medal qazanan komanda növbəti medalını qazanmaq uğrunda mübarizəyə evdə start verəcək.

 

Əvvəlki 9 mövsümdə 272 oyun keçirən şimallılar Premyer Liqada 108 dəfə qələbə qazanıb, 66 dəfə heç-heçə edib və 98 dəfə uduzub. Bu görüşlərdə “Qəbələ” 314 qol vurub, 301 qol buraxıb.

 

Komanda ilk oyununda son iki mövsümün çempionu “Qarabağ”la qarşılaşacaq.

 

Qeyd edək ki, “Qəbələ” biri Premyer Liqa, üçü Avropa Liqasında olmaqla, ardıcıl 4 ev oyununda quru hesabla qalib gəlib, 8 matçdı “doğma divarlar” arasında uduzmayıb.