27 Avqust 23:53 Yunanıstan şokda, “Qəbələ” qrupda!
FUTBOL xəbərləri 27 Avqust 23:53
23494 baxış

Yunanıstan şokda, “Qəbələ” qrupda!

UEFA Avropa Liqası pley-of mərhələsinin cavab qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxıb.

 

Roman Qriqorçukun yetirmələri tarixi uğura imza atmaq üçün Ellada təmsilçisini mübarizədən kənarlaşdırmalı idi.

 

Doğma meydandakı oyundan qolsuz bərabərliklə ayrılan təmsilçimiz səfərdə ya qalib gəlməli, ya da məhsuldar heç-heçə ilə qayıtmalı idi. "Qırmızı-qaralar" ikinci variant sayəsində arzularını reallaşdıra biliblər.

 

Belə ki, matçın gedişində iki dəfə hesabda irəli keçən "Qəbələ" hər iki halda rəqibin cavab qolunu vurmasına əngəl ola bilməsə də, yekunda sevinən tərəf Qriqorçuk və tələbələri oldu.

 

Dodo matçın 6-cı dəqiqəsində erkən qol vuraraq stadionu sükuta qərq elədi. Hissənin sonlarına yaxın yunanlar Berqlə cavab qolunu vursalar da, ikinci hissənin ilk 15 dəqiqəsinin tamamında Dodonun vurduğu ikinci qol növbəti dəfə şok effekti yaratdı.

 

Bu qolun cavabı isə 79-cu dəqiqədə verildi. Ancaq yunanların bundan artığına gücü çatmadı. Son ana qədər əzmlə çıxış edən "Qəbələ" tarix yazmağı bacardı.

 

Bürünc mükafatçımız ikinci dəfə qatıldığı Avropa Liqası turnirində qruplara qalaraq ən böyük nailiyyətini qazandı.

 

UEFA Avropa Liqası

Pley-off, cavab oyunları

27 avqust

 

 "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 2:2
QOLLAR:
Markus Berq, 34, Nano, 79 - Dodo, 6; 60

Afina. Apoastolos Nikolaidis stadionu. Baş hakim: İvan Krujilak (Slovakiya)
İlk oyun – 0:0
 


“Panatinaikos”: 15. Luk Stil, 4. Georgios Kotrumbis, 20. Statis Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 28, Xristos Burbos, 10. Zeka (k), 29. Sotiris Ninis, 32. Daniel Pranyiç, 9. Markus Berq, 19. Nikos Karelis

Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 12. Nikos Marinakis, 7. Viktor Klonaridis, 8. Tassos Laqos, 14. Abdul Ayaqun, 23. Nikos Kaltsas, 33. Mladen Petriç

Baş məşqçi: Yannis Anastasiu

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Sttankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 6. Rəşad Sadiqov, 10. Dodo (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov, 7. Ermin Zets

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 5. George Floresku, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 17. Qismət Alıyev, 66. Samir Zərgərov

Baş məşqçi: Roman Qriqorçuk

Xəbər lenti