28 Oktyabr 19:45 Yunis Hüseynov məğlubiyyəti şərh etdi: Razı qalmadım
FUTBOL xəbərləri 28 Oktyabr 19:45
1209 baxış

Yunis Hüseynov məğlubiyyəti şərh etdi: Razı qalmadım

“Oyun bizim üçün ağır keçdi. Heyətdə problemlərimiz çoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının X turunda “Sumqayıt”ı qəbul edən cənubluların çalışdırıcısı 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib: “On dörd oyunçunun ümidinə qalmışıq. İmkanlarımız geniş deyil ki, səhv edən futbolçuları əvəzedici heyətə göndərək. Çətinliklər fonunda qələbə qazanmaq istəyirdik. Amma futbolçuların çıxışından razı qalmadım”.

 

Təcrübəli mütəxəssis komandanın ikinci hissədə toparlandığını, ancaq bunun yetərli olmadığını da sözlərinə əlavə edib: “İkinci hissədə toparlansaq da, qollar vura bilmədik. Qarşıda bizi ağır matçlar gözləyir. Məcburuq ki, dekabra kimi bu futbolçularla döyüşək. Gənc futbolçular da özlərinə fikir verməlidirlər. Komandada qalmaq üçün özlərini yaxşı tərəfdən göstərməlidirlər”.

Xəbər lenti

Xəbər lenti