18 Oktyabr 19:24 Yunis Hüseynovun qələbə şərhi: Bunun üçün çalışırdıq
FUTBOL xəbərləri 18 Oktyabr 19:24
1160 baxış

Yunis Hüseynovun qələbə şərhi: Bunun üçün çalışırdıq

“Biz qələbə üçün çalışırdıq, bunu da bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının VIII turu çərçivəsində öz meydanında AZAL-la qarşılaşan cənubluların çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb:

 

“Qələbə qazansaq da, oyunun çətin keçdiyini deməliyəm. Bildiyiniz kimi, biz “Qəbələ”yə uduzmuşduq. Həmin ağır məğlubiyyətdən sonra gərginlik vardı. Gərginliyi fərdi söhbətlərdən sonra aradan qaldırıb, AZAL-ı düzgün şəkildə təhlil etdik. Qarşıda bizim ağır oyunlarımız var və həmin görüşlərə hazırlaşmalıyıq”

Xəbər lenti