12 İyul 11:56 “Yuventus” argentinalını satışa çıxardı
FUTBOL xəbərləri 12 İyul 11:56
470 baxış

“Yuventus” argentinalını satışa çıxardı

“Yuventus”un hücumçusu Qonsalo İquain komandanı tərk edə bilər. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, Turin klubu 60 milyon avro qarşılığında onunla yollarını ayırmağa hazırdı.

 

Bununla belə, “Yuventus” “Napoli”dən 94 milyon avroya transfer etdiyi argentinalı futbolçuya görə indiyə kimi rəsmi təklif almayıb.
 

Qeyd edək ki, 2017-18 mövsümündə İtaliya A Seriyasında 35 matçda meydana çıxan Qonsalo İquain 16 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti