12 İyul 23:11 “Zenit” qızıl dublu rəsmiləşdirdi
FUTBOL xəbərləri 12 İyul 23:11
608 baxış

“Zenit” qızıl dublu rəsmiləşdirdi

Futbol üzrə Rusiya superkubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə Sankt-Peterburqun “Zenit” klubu ilə Moskva “Lokomotiv”i ilə qarşılaşıb.

 

Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Əlavə vaxtda da qol olmayınca qalib penaltilər seriyasında müəyyənləşib.

 

“Lotoreya”nın qalibi isə “Zenit” olub (4:2).

 

Qeyd edək ki, başa çatan mövsümdə Rusiya Premyer Liqasının qalibi də məhz sankt-peterburqlular olmuşdu.

Xəbər lenti