16 Oktyabr 11:10 “Zenit”in baş məşqçi meydanda dünyasını dəyişdi
FUTBOL xəbərləri 16 Oktyabr 11:10
1605 baxış

“Zenit”in baş məşqçi meydanda dünyasını dəyişdi

Futbol meydanlarında növbəti ölüm faktı qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu dəfə faciə Rusiyada yaşanıb.

 

Penzanın “Zenit” klubunun baş məşqçisi Sergey Filippenkov veteranların oyunu zamanı dünyasını dəyişib. Onun ürəyi qarşılaşmanın sonuna 5 dəqiqə qalmış dayanıb. Hadisə “Zenit”lə “Penzqorstroyzakazçik”in veteranları arasında yoxlama oyunu zamanı baş verib.

 

Vaxtilə Moskva MOİK-ində çıxış etmiş 44 yaşlı veteran komandası 3:0 hesabı ilə öndə olarkən özünü pis hiss edərək, yerə yıxılıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

 

Qeyd edək ki, 2013-cü ildən “Zenit”də çalışan Filippenkov MOİK-də oynadığı vaxt Rusiya çempionatının gümüş və bürünc mükafatını qazanıb.

Xəbər lenti

Xəbər lenti