7 Avqust 19:22 “Zirə” “çal-çağır”la başlayacaq
FUTBOL xəbərləri 7 Avqust 19:22
1104 baxış

“Zirə” “çal-çağır”la başlayacaq

Azərbaycan Premyer Liqası konsertlə start götürəcək. Apasport.az saytının məlumatına görə, şənlik Zirədə baş tutacaq. 


Belə ki, “çal-çağır” bu ildən etibarən elitada çıxış edəcək qəsəbənin eyni adlı komandasının ilk turdakı AZAL  matçından öncə reallaşacaq.

 

Konsert Zirə İdman Kompleksində baş tutacaq. Saat 20:00-da start götürəcək tədbir paytaxt təmsilçisinin yaradılmasının 1 illiyi ilə əlaqədardı.

 

Ardınca isə saat 21:00-da "qartallar" Azərbaycan Premyer Liqasında ilk matçlarına çıxacaq. 


Qeyd edək ki, zirəlilər ötən mövsüm Azərbaycan 1-ci divizionunda 5-ci yerə çıxsa da, AFFA bu komandanın Premyer Liqaya yolunu açıb.

Xəbər lenti