15 Oktyabr 11:32 “Zirə” liderin sınağında, “Neftçi” “Qəbələ”yə qarşı
FUTBOL xəbərləri 15 Oktyabr 11:32
5683 baxış

“Zirə” liderin sınağında, “Neftçi” “Qəbələ”yə qarşı

Milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranmış fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, komandalar sabah Topaz Premyer Liqasının VIII turunun oyunlara çıxacaqlar.

 

Tura “Bayıl Arena”da start veriləcək. Turnir cədvəlinin son pilləsində qərarlaşmış “Rəvan” öz meydanında “Kəpəz”i qəbul edəcək. Gəncəlilər “Qarabağ” və “İnter”ə məğlubiyyətdən sonra “Sumqayıt”a qalib gəlmişdilər. Şahin Diniyevin komandası həmin qələbənin ardını “Rəvan”la matçda da davam etdirmək istəyir. Ancaq ev sahibləri də meydana məğlub olmaq üçün çıxmayacaqlar. Cari mövsümdə qələbə üzünə həsrət qalan “Rəvan” son 4 turda meydanı məğlubiyyətlə tərk edib. Emin Quliyevin yetirmələri “qara zolaq”dan çıxmaq istəyirlər.

 

Ölkəmizi Avropa Liqasında təmsil edən 2 komandadan biri “Qəbələ” bu tur “Neftçi”nin qonağı olacaq. “Qarabağ”la çempionluq mübarizəsi aparan “qırmızı-qaralar”da vəziyyət yaxşıdı. Ötən tur “Xəzər Lənkəran”ın qapısından 6 cavabsız top keçirən Roman Qriqorçukun komandası bu dəfə də qələbə qazanmaq niyyətindədi. “Qəbələ” “Neftçi”yə qalib gəlməklə, Avroliqada Dortmund “Borussiya”sı ilə görüşdən öncə özünəinamını daha da artırmaq istəyir. Lakin “ağ-qaralar” üçün də bu oyun böyük önəm kəsb edir. Ötən tur “Zirə” ilə bacarmayan “Neftçi” liderlər qrupundan daha da uzaq düşməmək üçün qələbə qazanmaq məcburiyyətindədi. Əks halda, Samir Əliyevin komandasının işi daha da çətinləşə bilər. Paytaxt klubunun heyətlə bağlı problemləri var. Belə ki, Araz Abdullayev zədəli, Fəhmin Muradbəyli isə cəzalı olduğu üçün “Qəbələ” ilə görüşü buraxacaqlar.

 

Turun mərkəzi qarşılaşması lider “Qarabağ”la 3-cü pillədə qərarlaşan “Zirə” arasında keçiriləcək. Nə “Qarabağ”, nə də Premyer Liqanın debütantı “Zirə” cari mövsümdə məğlubiyyətlə üzləşib. Odu ki, bu komandaların qarşılaşmasına maraq böyükdü. Yəqin ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsi çərçivəsində gələn həftə “Monako” ilə keçiriləcək qarşılaşmanı nəzərə alaraq, yenə çempionat matçında əsas heyətin bir neçə üzvünə istirahət verəcək. Amma təcrübəli çalışdırıcının heyətdə böyük dəyişikliklər edəcəyi inandırıcı görünmür. Əks halda, “Zirə” “Qarabağ”a problem yaşada bilər. Təbii ki, matçın favoriti Ağdam klubudu. Ancaq “Qarabağ”lı futbolçular da başa düşürlər ki, “Zirə” onlar üçün “asan yem” deyil.  

 

Ötən tur “Qəbələ”yə biabırçı hesabla uduzan “Xəzər Lənkəran” bazar günü AZAL ilə qarşılaşacaq. Transfer qadağası ilə üzləşdiyi üçün heyətlə bağlı ciddi problemlər yaşayan “ağ-yaşıllar” cari mövsümdə ikinci qələbələrini məhz paytaxt klubu ilə matçda qazanmaq istəyirlər. Elə AZAL da “Xəzər Lənkəran”la görüşə eyni niyyətlə çıxacaq. Cari mövsümün yekununda Premyer Liqanı tərk etməyə əsas namizədlərdən olan “təyyarəçilər” üçün qazanılan hər xal böyük önəm kəsb edir.

 

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk görüşünü “İnter”ə qarşı keçirəcək. Maraqlıdı ki, Abasov futbolçu kimi uzun müddət “bankirlər”in formasını geyinib. 37 yaşlı məşqçinin keçmiş komandasına qarşı oyunda hansı nəticəni göstərəcəyi maraqla gözlənilir. Görüşün favoriti “İnter” olsa da, “Sumqayıt” da meydana təslim olmaq üçün çıxmayacaq.

 

 

16 oktyabr

 

20:30. “Rəvan” – “Kəpəz”

“Bayıl Arena”

 

17 oktyabr

 

15:30. “Neftçi” – “Qəbələ”

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 

18:00. “Qarabağ” – “Zirə”

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

 

18 oktyabr

 

18:00. “Xəzər Lənkəran” – AZAL

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

20:00. “Sumqayıt” – “İnter”

“Kapital Bank Arena”

 

 

1

“Qarabağ”

7

5

2

0

13-6

17

2

“Qəbələ”

7

5

1

1

16-4

16

3

“Zirə”

7

4

3

0

7-2

15

4

“İnter”

7

4

1

2

5-5

13

5

“Neftçi”

7

2

3

2

7-7

9

6

“Kəpəz”

7

2

2

3

7-7

8

7

“Xəzər Lənkəran”

7

1

3

3

5-11

6

8

AZAL

7

1

1

5

2-8

4

9

“Sumqayıt”

7

0

4

3

4-8

4

10

“Rəvan”

7

0

2

5

4-12

2

 

 

Xəbər lenti