7 Noyabr 21:00 “Zirə” “Sumqayıt”ın dişinə görə komandadı”
FUTBOL xəbərləri 7 Noyabr 21:00
725 baxış

“Zirə” “Sumqayıt”ın dişinə görə komandadı”

“Çox gərgin oyun alındı, qarışıq hisslərim var,  nəsə başqa şeylər danışacağımdan qorxuram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XII turu şərçivəsində “Zirə” ilə qarşılaşan “kimyaçılar”ın baş məşqçisi məğlub olduqları oyunu dəyərləndirib: “Beş qolun vurulduğu oyunda məğlub olduq. Açığı, bu oyunda qalib gəlməyi çox istəyirdim. “Zirə” “Sumqayıt”ın dişinə görə komandadır. Oyunun hakimliyi ilə bağlı heç bir narazılığım yoxdur. Çox yaxşı hakimlik oldu, briqadadan razıyam. Hazırkı vəziyyətimin səbəbi məğlubiyyətdir. Biz hələ dominantlıq etməyə hazır deyilik. Bunun nəticəsidir ki, komandamın qapısı qarşısında çoxsaylı qol epizodları  yaratdılar. Səhvlərimizin sayı çox oldu”.

Xəbər lenti