30 İyul 13:05 "Zirə" Türkiyəni məğlubiyyətlə tərk etdi
FUTBOL xəbərləri 30 İyul 13:05
488 baxış

"Zirə" Türkiyəni məğlubiyyətlə tərk etdi

Azərbaycan Premyer Liqasında çıxış edəcək “Zirə” Türkiyə toplanışını başa çatdırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  Ərzurumdakı sonuncu yoxlama oyununda paytaxt klubu Gürcüstanın güclülər dəstəsinin iştirakçısı “Samtredia” ilə qarşılaşıb.

 

Ötən mövsümü 6-cı sırada başa vuran rəqiblə oyuna start heyətində Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Ruslan Poladov, Sadiq Quliyev, Tərzin Cahangirov, Luis Alberto Tato, Viktor İbekoyi, Təmkin Xəlilzadə, Nicat Qurbanov və Rihairo Muelnes çıxıblar. Zədə üzündən Rəşad Abdullayev, Aleksandr Şemonayev və Kamal Bayramov bu qarşılaşmada forma geyinməyib.

 

Matç “Zirə”nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, “Zirə” Ərzurumda keçirdiyi əvvəlki yoxlama oyunlarında “Şukura” ilə qolsuz heç-heçə edib, “Kolxeti”yə isə uduzub (0:1).

 

Xəbər lenti