28 Oktyabr 17:46 Zirədə qalmaqal - FOTO
FUTBOL xəbərləri 28 Oktyabr 17:46
1346 baxış

Zirədə qalmaqal - FOTO

Topaz Premyer Liqasının X turu çərçivəsində keçirilən “Zirə” – “Kəpəz” matçında insident baş verib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 40-cı dəqiqəsində futbolçular arasında mübahisə yaşanıb.

 

Belə ki, “Kəpəz” künc zərbəsi yerinə yetirən zaman Gəncə klubunun hücumçusu Bəxtiyar Soltanovla “Zirə”nin müdafiəçisi Çimezi Mbah arasında söz davası olub. Getdikcə qızışan futbolçular bir-birinə kəllə vurmağa cəhd ediblər. Bu zaman araya girən digər futbolçular onları sakitləşdirə biliblər. Ara səngidikdən sonra matçın baş hakimi Rəhim Həsənov hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırıb.

 

Qeyd edək ki, ilk hissəsi başa çatan görüşdə “Zirə” 2:1 hesabı ilə öndədi.

Xəbər lenti