8 Sentyabr 16:41 “Zirə”dən daha bir transfer - FOTO
FUTBOL xəbərləri 8 Sentyabr 16:41
1461 baxış

“Zirə”dən daha bir transfer - FOTO

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa klubu braziliyalı futbolçu Eduardo da Konseysao Masiellə müqavilə imzalayıb.

 

“Zirə”yə azad agent kimi keçən “sambaçı” qarşıdakı 2 ili paytaxt klubunda keçirəcək.

 

Karyerasına ölkəsinin “Alaqona” klubunda başlayan 28 yaşlı yarımmüdafiəçi “Korintians” və “Botafoqo” klublarında da forma geyinib. Edu zəngin legioner karyerası da yaşayıb. Əvvəlcə Yaponiyaya yollanan Eduardo da Konseysao ardından Almaniya, Polşa və Bəhreyndə də çıxış edib. Ötən mövsüm isə o, ölkəmizdə AZAL-ın heyətində yer alıb.

Xəbər lenti