13 İyun 17:10 “Zirə”dən növbəti transfer
FUTBOL xəbərləri 13 İyun 17:10
732 baxış

“Zirə”dən növbəti transfer

“Zirə” yay fasiləsində növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar Kamal Mirzəyevlə anlaşıb.

23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə bağlanılıb. Onun sonuncu klubu “Sumqayıt” olub. Mirzəyev daha əvvəl “Qəbələ” və AZAL-da da çıxış edib.

Qeyd edək ki, "Zirə" bundan əvvəl "Neftçi"dən ayrılan İlkin Qırtımovu heyətinə qatıb.

Xəbər lenti