28 Oktyabr 17:29 “Zirə”nin baş məşqçisi qovuldu
FUTBOL xəbərləri 28 Oktyabr 17:29
1946 baxış

“Zirə”nin baş məşqçisi qovuldu

“Zirə” “Kəpəz”lə oyunu baş məşqçisiz keçirir. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının X turu çərçivəsində Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahibləri üçün uğurlu başlamayıb.

 

Görüşün ilk dəqiqələrindən hakimin qərarları ilə razılaşmayan “Zirə”nin baş məşqçisi Adil Şükürov tez-tez sərt reaksiya ilə etirazını bildirib. Baş hakim Rəhim Həsənov isə çıxış yolunu onu texniki zonadan qovmaqda görüb. Gənc çalışdırıcı dördüncü hakim Nail Nağıyevin israrından sonra meydançanı tərk edib və hazırda qarşılaşmanı tribunadan izləyir.

 

Qeyd edək ki, birinci hissəsi davam edən görüşdə hesab 1:1-di.

Xəbər lenti