21 İyul 15:43 Zurab Xizanişvili: Hələ arxı keçməmişik - MÜSAHİBƏ
FUTBOL xəbərləri 21 İyul 15:43
5153 baxış

Zurab Xizanişvili: Hələ arxı keçməmişik - MÜSAHİBƏ

“İnter”in gürcüstanlı futbolçusu Zurab Xizanişvilinin apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 23-də “Hafnarfyordur”la cavab görüşünə çıxacaqsız. Hazırlıq necə gedir?

- Oyun bizim üçün çox vacibdi. Buna görə də, matça ciddi hazırlaşırıq. Səfərdəki görüşdə qələbə qazanmışıq. Ancaq bu cütün taleyinin həll olunduğu anlamına gəlməməlidi. İkinci 90 dəqiqəni də qalib başa vurmalıyıq. Bütün konsentrasiyamızı da buna yönəltmişik.

 

- Artıq rəqibi yaxşı tanıyırsız. “Hafnarfyordur” haqda fikriniz necədi?

- İslandiya təmsilçisi güclü komandadı. Ordakı oyunda penalti epizoduna qədər yaxşı çıxış etdilər. Qırmızı vərəqədən sonra azlıqda qaldılar və üstünlük tərəfimizə keçdi. Bundan da maksimum istifadə edib, Bakıya qalib döndük. Qələbə qazandığımız həmin matçda məğlub ola da bilərdik. “Hafnarfyordur” xüsusilə də, fiziki cəhətdən çox hazırlıqlı komandadı.

 

- “İnter” bu görüşdə səfər oyunundakı hesabın yaratdığı istifadə etməyə çalışacaq, yoxsa meydana qələbə üçün çıxacaq?

- Bu cür oyunlar ikipərdəli tamaşadı. Biz birinci pərdəni qalib başa vurduq. Amma Bakıdakı matçda müdafiəyə qapanmaq fikrimiz yoxdu. Bu cür etsək, çətin olacaq. Öz oyunumuzu oynamağa çalışacağıq. Lazım olan nəticəni qazanmalıyıq. Hər bir mövqedə çıxış edən futbolçuları düzgün qiymətləndirməliyik. Həm də bu, futboldu, necə olacağını əvvəldən bilmək mümkün deyil. Qol vursaq, oyunun axarı dəyişəcək. Ancaq müdafiəyə çəkiləcəyimizi düşünməyin.

 

- Səfərdəki görüşdə buraxdığınız erkən qol sizdə mübarizəni dayandıracağınızla bağlı bir narahatlıq yaratmışdı?

- Orda hər şey ola bilərdi. Yenə deyirəm, futbolda qalib gəlmək də var, uduzmaq da. Əsas odu ki, komanda öz oyununu göstərə bildi, “sınmadı”, sona qədər mübarizə apardı və faydasını gördü.

 

- Artıq əksəriyyət “Atletik”lə növbəti mərhələdə məhz “İnterin qarşılaşacağını düşünür. Futbolçular da belə qənaətdədi?

- Bunun üçün yaxşı şansımız var. Amma hələ arxı keçməmişik. “Hafnarfyordur”u mübarizədən kənarlaşdırdıqdan sonra Bilbao təmsilçisi ilə qarşılaşmaq haqda düşünmək olar. İndi tezdi.

 

- Bunun üçün komandada özünəinam varmı?

- Komandanın təxminən 90 faizi yenidən yığılıb. Baş məşqçi postunda da dəyişiklik edilib. Meydançanın süni olması, futbolçuların yeni yığılması, vaxtında toplanış keçirə bilməməyimiz istər-istəməz problemlər yaradırdı. Təbii ki, oyundan-oyuna bu, yoluna qoyulur. Artıq bir neçə görüşdü birgə çıxış edirik, bir-birimizi tanıyırıq. Bizdə motivasiya yaranıb, bu da nəticəsini verməlidi. 

Xəbər lenti

Xəbər lenti