7 Sentyabr 10:47 4 şahmatçımız üçün yeni dərəcə - FOTO
STOLÜSTÜ OYUNLAR xəbərləri 7 Sentyabr 10:47
777 baxış

4 şahmatçımız üçün yeni dərəcə - FOTO

2005-2008-ci il təvəllüdlü uşaqlar və 2000-2004-cü il təvəllüdlü yeniyetmələr arasında I dərəcə uğrunda yarışlar keçirilib. Apasport.az saytının məlumatına görə, 2 №-li UGŞİM-də təşkil olunan turnirdə 65 nəfər (11 qız) iştirak edib.

 

10 yaşadək oğlanlar və qızlar arasında keçirilən yarışda birinci yerə 7 xalla Ramil Əhmədov (2 №-li UGŞİM) yiyələnib. O, ən yaxın izləyicisi Rəvan Məmmədovla (2 №-li UGŞİM) eyni xal toplasa da, əlavə göstəricilərə görə üstün olub. “Üçlüyü” isə onlardan 0,5 xal geri qalan Nihat Əkbərov (RİOEUGŞM) qapayıb.

 

15 yaşadək oğlanlar və qızlar arasında keçirilən yarışda I yeri 7,5 xalla Rövşən Talıblı (HİRŞDK), II yeri 7 xalla Emil İsrafilov (3 №-li UGŞİM) və III yeri 6,5 xalla Cavid Şirməmmədov (2 №-li UGŞİM) tutub.

 

Yarışlarda, həmçinin Əhmədov, Məmmədov, Talıblı və İsrafilov I dərəcə normasını yerinə yetiriblər.

 

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Bakı şəhəri 2 №-li UGŞİM-nin direktoru Elvin Hüseynov və digər rəsmi şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Mükafatçılar müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri və kuboklarla təltif olunublar.

 

Xəbər lenti