4 Oktyabr 17:59 Azad Rəhimov və Kirsan İlyumjinov Dünya Kubokunda - FOTOSESSİYA
STOLÜSTÜ OYUNLAR xəbərləri 4 Oktyabr 17:59
1295 baxış

Azad Rəhimov və Kirsan İlyumjinov Dünya Kubokunda - FOTOSESSİYA

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşləri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün final mərhələsinin dördüncü günündə Pyotr Svidler qara fiqurlarla Sergey Karyakinə qarşı mübarizə aparır. Üç görüşdən sonra hesab Svidlerin xeyrinədir 2-1. Əgər bu gün Karyakin qalib gələrsə Rusiya şahmatçıları Dünya Kubokunun sahibini tay-brekdə müəyyənləşdirəcək.

 

Dünya Kubokunun mətbuat xidməti xəbər verir ki, bu gün Gənclər və İdman naziri Azad Rəhimov və FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kubokuna təşrif buyurub. Ali şahmat qurumunun rəhbəri finalçılarla görüşərək onlara uğur arzulayıb. Yarış zalı və mətbuat otağıyla tanış olan Kirsan İlyumjinov yaradılan şəraiti yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib. 

Gənclər və İdman naziri Azad Rəhimov FİDE prezidenti Kirsan İlyumjinov eləcə də Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

Xəbər lenti