20 Sentyabr 17:35 Dünya Kuboku: Şəhriyar Məmmədyarov 1/8 final ilk oyununda qalib gəldi - YENİLƏNİB
STOLÜSTÜ OYUNLAR xəbərləri 20 Sentyabr 17:35
3387 baxış

Dünya Kuboku: Şəhriyar Məmmədyarov 1/8 final ilk oyununda qalib gəldi - YENİLƏNİB

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yarışa 6 şahmatçı ilə başlayan Azərbaycanı bu mərhələdə yeganə qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

 

1/16 final mərhələsində hindistanlı Sethuramanı məğlub edən “Şah” ən yaxşı 8 şahmatçı arasına düşmək üçün bu dəfə ABŞ qrossmeysteri Fabiano Karuananı yolundan kənarlaşdırmalıdı.

 

Şəhriyar mərhələnin ilk oyununda ABŞ şahmatçısına qalib gəlib.

 

Əlavə olaraq qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynov və Teymur Rəcəbov isə üçüncü mərhələdə mübarizəni dayandırıb.

 

Dünya Kuboku

1/8 final mərhələsi, ilk oyun

 

Şəhriyar Məmədyarov (Azərbaycan) – Fabiano Karuana (ABŞ) - 1:0

Xəbər lenti