6 Oktyabr 17:14 Dünya Kubokunun sahibi Vüqar Həşimovu yad etdi - FOTO
STOLÜSTÜ OYUNLAR xəbərləri 6 Oktyabr 17:14
1648 baxış

Dünya Kubokunun sahibi Vüqar Həşimovu yad etdi - FOTO

Şahmat üzrə “Dünya Kuboku-2015”in qalibi, rusiyalı qrossmeyster Sergey Karyakin Vüqar Həşimovun xatirəsini yad edib. Apasport.az saytının məlumatına görə, Dünya Kubokunun yeni sahibi Rusiyaya yola düşməzdən əvvəl yaxın dostunun, Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsini yad edib, məzarı üzərinə çiçəklər düzüb.

 

Qeyd edək ki, rusiyalı qrossmeyster final görüşündən sonra keçirilən mətbuat konfransında Dünya Kubokunda qələbəsini dostu Vüqar Həşimova həsr etdiyini deyib: "Dünya Kuboku zamanı Bakıda dostlarımın düşündüyümdən çox olduğunun şahidi oldum. Mötəbər yarışdakı qələbəni dostum Vüqar Həşimova həsr edirəm. Mən onu heç vaxt unutmuram".

 

Xəbər lenti