15 Sentyabr 17:45 Hüseynov 1/16 finalda, Məmmədyarovla və Rəcəbov heç-heçəyə razılaşdı, Məmmədovdan vida - YENİLƏNİB
STOLÜSTÜ OYUNLAR xəbərləri 15 Sentyabr 17:45
9295 baxış

Hüseynov 1/16 finalda, Məmmədyarovla və Rəcəbov heç-heçəyə razılaşdı, Məmmədovdan vida - YENİLƏNİB

Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışda bu gün 1/32 final mərhələsinin ikinci görüşləri keçirilib.

 

Bu qarşılaşmalar Azərbaycan millisinin üzvləri üçün uğurlu alınmayıb. “Qaralar”la heç-heçə edən Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov ikinci qarşılaşmada da “sülh” bağlayıb. Bu səbəbdən onlar qalibin adına tay-brekdə aydınlıq gətirəcəklər.

 

Rəcəbovla Məmmədyarovdan fərqli, Qədir Hüseynov mərhələ adlayıb. Digər təmsilçimiz Rauf Məmmədov isə qələbə qazana bilmədiyindən yarışla vidalaşıb.

 

Dünya Kuboku

1/32 final, ikinci oyunlar

 

Teymur Rəcəbov (Azərbaycan) – İlya Smirin (İsrail) - 0,5:0,5

İlk oyun: 0,5:0,5

David Navara (Çexiya) – Qədir Hüseynov (Azərbaycan) - 0,5:0,5

İlk oyun: 0:1

Fabiano Karuana (ABŞ) – Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5

İlk oyun: 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yifan Hou (Çin) - 0,5:0,5

İlk oyun: 0,5:0,5

 

Qeyd edək ki, Eltac Səfərli və Vasif Durarbəyli ilk mərhələdə mübarizəni dayandırıb. 

Xəbər lenti