31 May 00:00 Məmmədyarovdan 3-cü heç-heçə
STOLÜSTÜ OYUNLAR xəbərləri 31 May 00:00
451 baxış

Məmmədyarovdan 3-cü heç-heçə

Stavanqerdə “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın III turunda Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb.

 

“Ağlar”la oynayan həmyerlimiz bu dəfə də heç-heçə ilə kifayətlənib. Maraqlıdı ki, bir partiya xaric turun digər qarşılaşmalarında da eyni nəticə qeydə alınıb. Karlsen Aronyana qalib gəlibsə, qalan bütün şahmatçılar 0,5 xalla kifayətləniblər.

  

“Altibox Norway Chess” superturniri

III tur

 

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Sergey Karyakin (Rusiya) – 0,5:0,5

Vişvanatan Anand (Hindistan) – Dinq Liren (Çin) – 0,5:0,5

Uesli So (ABŞ) – Hikaru Nakamura (ABŞ) – 0,5:0,5

Maqnus Karlsen (Norveç) – Levon Aronyan (Ermənistan) – 1:0

Maksim Vaşye-Laqrav (Fransa) Fabiano Karuana (ABŞ) – 0,5:0,5

 

Turnir cədvəli: Karlsen – 2,5 xal; Məmmədyarov, Vaşye-Laqrav, Nakamura, Liren, So, Karyakin, Anand – hamısı 1,5; Aronyan, Karuana – 1.