13 Avqust 19:54 Qrossmeysterimiz beynəlxalq şahmat festivalında 3-cü oldu
STOLÜSTÜ OYUNLAR xəbərləri 13 Avqust 19:54
566 baxış

Qrossmeysterimiz beynəlxalq şahmat festivalında 3-cü oldu

Rumuniyada keçirilən Arad Open 2015 beynəlxalq şahmat festivalı başa çatıb.Apasport.az saytının məlumatına görə, festivalda Azərbaycanla yanaşı Ukrayna, Rumuniya, Avstriya, Almaniya, Macarıstan, Hindstan, Xorvatiya, Rusiya, Serbiya, İsrail, Moldova və Slovakiyadan 239 şahmatçı iştirak edirdi.

 

Ölkəmizi bu yarışda beynəlxalq qrossmeyster Ülvi Bacarani təmsil edirdi. İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışın sonuncu turunda həmyerlimz Ukrayna təmsilçisi , turnirin lideri Zubov Aleksandrla xalları yarı bölüb.

 

Beləliklə, Ülvi Bacarani 9 turdan aktivinə 7.5 xal yazaraq 1-3-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə təmsilçimiz bürünc medalın sahibi olub.

 

Qalib adını isə Ukraynalı Aleksandr Zubov qazanıb.

Xəbər lenti