2 Oktyabr 08:45 Rəcəbovla Məmmədyarov irəlilədi
STOLÜSTÜ OYUNLAR xəbərləri 2 Oktyabr 08:45
805 baxış

Rəcəbovla Məmmədyarov irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabr üçün müəyyənləşən “Top-100”də yenə 5 Azərbaycan şahmatçısı yer alıb.  

 

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Teymur Rəcəbova məxsusdu. Qrossmeysterimiz ötən ayla müqayisədə bu dəfə 1 pillə irəliləyib. Hazırda 19-cu yerdə olan Rəcəbovun aktivində 2738 xalı var.

 

Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da bir rəqibini qabaqlayıb. Aktivində 2736 reytinq xalı olan şahmatçımız 21-ci pilləyə yüksəlib.

 

Rəcəbov və Məmmədyarovdan fərqli, avqustdan yığmamızın rəsmi üzvü olan Arkadi Naydiç mövqeyini qoruyub. Aktivində 2682 xalı olan Latviya əsilli şahmatçı 57-ci yerdədi.

 

Onlardan fərqli, Rauf Məmmədov və Eltac Səfərli mövqelərini itiriblər. Millidə özlərini sübut edən zəka sahibləri müvafiq olaraq, 94-cü (2657) və 95-ci (2657) yerə eniblər.

 

Reytinq siyahısına yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2850 xala malikdi. İkinci yeri Hikaru Nakamura (2816, ABŞ) ələ keçirdiyi halda, Veselin Topalov (Bolqarıstan, 2813) yenə üçüncüdü.

 

Qeyd edək ki,  qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

Xəbər lenti