21 Sentyabr 17:35 Şəhriyar Məmmədyarov 1/4 finalda! - YENİLƏNİB
STOLÜSTÜ OYUNLAR xəbərləri 21 Sentyabr 17:35
2005 baxış

Şəhriyar Məmmədyarov 1/4 finalda! - YENİLƏNİB

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin cavab oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə təmsilçimiz ABŞ qrossmeysteri Fabiano Karuana ilə ikinci görüşünə çıxıb. 

 

İlk matçda rəqibinə qalib gələn həmyerlimizə mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Qara fiqurlarla mübarizə aparan Məmmədyarov məhz bu nəticəyə imza ataraq, adını 1/4 finala yazdırıb. 

 

 

Dünya Kuboku

1/8 final mərhələsi, ikinci oyun

 

Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmədyarov (Azərbaycan) - 0,5:0,5

İlk oyun: 0:1

 

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.

Xəbər lenti