9 Sentyabr 09:10 Şəhriyar Məmmədyarov: Bu, sonuncu şansdı
STOLÜSTÜ OYUNLAR xəbərləri 9 Sentyabr 09:10
6057 baxış

Şəhriyar Məmmədyarov: Bu, sonuncu şansdı

“Son günlər azərbaycanlı şahmatçılar Qəbələdə hazırlıq keçdilər. Düşünürəm ki, hər şey normal oldu. Əsasən ilk mərhələdəki rəqiblərimizə hazırlaşırdıq. Bu dəfəki Dünya Kuboku heyət baxımından ən güclüdü. Ona görə əvvəlcə ilk rəqib haqda düşünmək vacibdi”. Apasport.az saytının xəbərinə görə, bu sözlər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova məxsusdu.

 

Sabah Bakıda start götürəcək Dünya Kuboku haqda fikirlərini bildirən Məmmədyarov əllərindən gələni edəcəyini söyləyib: “Dünya Kubokunda əsas finalçı olmalısan. Yalnız finalçılar iddiaçılar turnirinə vəsiqə qazanacaq. Bu şahmatçılar üçün sonuncu şansdı. Son üç mövsümdə Azərbaycan dünya çempionluğuna iddiaçıların turnirində təmsil olunub. Çox istərdik ki, yeni mövsümdə də belə olsun”.

 

Təmsilçimizin indiyə qədər Dünya Kubokunda ən yaxşı nəticəsi 1/4 finala vəsiqə qazanmaq olub: “Dünya Kubokunda yekun nəticəni proqnoz vermək mümkün deyil. Hər bir şahmatçı iki dəfə üz-üzə gəlir. Düzgün taktika hətta güclü rəqibi belə məğlub etməyə kömək edir. Sözsüz ki, bütün şahmatçılarımıza inanırıq. Daha çox mənimlə yanaşı, Teymur Rəcəbovdan uğur gözlənilir. Çox istərdim Dünya Kubokunun finalında iki azərbaycanlı şahmatçı qarşılaşsın. Teymurla finalda mübarizə aparmaq ideal olardı. İndiki halda bizi çətin marafon gözləyir. Hər bir şahmatçımıza uğurlar arzulayıram”.

 

Xəbər lenti