4 Noyabr 09:28 Şəhriyar Məmmədyarov ilə Veyk-an-Zeedə başlayacaq
STOLÜSTÜ OYUNLAR xəbərləri 4 Noyabr 09:28
739 baxış

Şəhriyar Məmmədyarov ilə Veyk-an-Zeedə başlayacaq

Hollandiyanın Veyk-an-Zee şəhərindən şahmat üzrə ənənəvi keçirilən beynəlxalq turnirin 14 iştirakçısından 12-nin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yeni ilin ilk nüfuzlu yarışına həmyerlimiz Şəhriyar Məmmədyarov da dəvət alıb.

 

8 illik fasilədən sonra Veyk-an-Zee turnirinə qatılacaq qrossmeysterimizlə yanaşı, digər “11-liy”in də adı dəqiqləşib. Bunlar Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Aniş Qiri, Lyuk van Veli (hər ikisi Hollandiya), Din Lijen, Vey İ, Xou İfan (hər ikisi Çin), Sergey Karyakin (Rusiya), Maykl Adams (Böyük Britaniya) və David Navaradı (Çexiya). Digər 2 şahmatçının adı isə yaxın günlərdə müəyyənləşəcək.

 

Qeyd edək ki, 78-ci dəfə keçiriləcək turnir 2016-cı il yanvarın 15-31-də olacaq.   

 

 

Xəbər lenti