22 İyun 09:32 Şəhriyar Məmmədyarov Sergey Karyakinə də məğlub oldu
STOLÜSTÜ OYUNLAR xəbərləri 22 İyun 09:32
367 baxış

Şəhriyar Məmmədyarov Sergey Karyakinə də məğlub oldu

 

Şahmat üzrə “Grand Chess Tour” seriyası davam edir. Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən II mərhələdə daha 2 tur oynanılıb.

 

Rapid növü üzrə görüşlərdə azərbaycanlı Şəhriyar Məmmədyarov qələbə qazana bilməyib. Sergey Karyakinə (Rusiya) uduzan həmyerlimiz Fabiano Karuana (ABŞ) ilə heç-heçə oynayıb.

 

Nəticədə VI turdan sonra 4 xalı olan Məmmədyarov Vladimir Kramnik (Rusiya) və Maksim Vaşye-Laqravlə (Fransa) 7-ci yerə şərikdi. Birinci pillədə qərarlaşan Uesli So təmsilçimizi 5 xal qabaqlayır.

 

Rapid növü üzrə matçlar bu gün baş tutacaq 3 turla başa çatacaq.

İyunun 23-də və 24-də isə blits növü üzrə görüşlər keçiriləcək

Xəbər lenti