2 Noyabr 15:05 Şəhriyar Məmmədyarov Teymur Rəcəbovu qabaqladı
STOLÜSTÜ OYUNLAR xəbərləri 2 Noyabr 15:05
654 baxış

Şəhriyar Məmmədyarov Teymur Rəcəbovu qabaqladı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, noyabr üçün müəyyənləşən “Top-100”də yenə 5 Azərbaycan şahmatçısı yer alıb.  

 

Həmyerlilərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. Son ayda inamlı çıxış edən qrossmeysterimiz 2 pillə irəliləyərək, Pendiala Harikrişna (Hindistan) ilə birgə 19-cu yerə şərik olub. Hər 2 şahmatçının aktivində 2743 xalı var.  

 

Ötən ay 19-cu olan Teymur Rəcəbov (2739) isə mövqeyini əldən verib. O, 3 pillə geriləyərək, 22-ci yerə enib.

 

Avqustdan yığmamızın rəsmi üzvü olan Arkadi Naydiç də irəliləyənlər sırasındadı. Aktivində 2689 xalı olan Latviya əsilli şahmatçı 7 rəqibini arxada qoymaqla, “50-liyə” qayıdıb.

 

Millimizin digər şahmatçısı Eltac Səfərli (2657) də mövqeyini yaxşılaşdırıb.  5 pillə irəliləyən zəka sahibi 90-cı yerə qalxıb. Ondan fərqli, Rauf Məmmədov (2653) Rəcəbov kimi aşağı düşüb. O, hazırda 99-cüdu (-4).

 

Reytinq siyahısına yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2850 xala malikdi. İkinci yeri Veselin Topalov (Bolqarıstan, 2803) ələ keçirdiyi halda, Vişvanatan Anand (2803) yenə “üçlüyə” qayıdıb.

 

Qeyd edək ki,  qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

 

Xəbər lenti