9 Noyabr 14:28 2 ildən sonra yenidən Azərbaycan klubunda
TOP OYUNLARI xəbərləri 9 Noyabr 14:28
5630 baxış

2 ildən sonra yenidən Azərbaycan klubunda

Sabah CEV kubokunun 1/16 final mərhələsi çərçivəsində Rumıniyanın “Tarqovitse” klubu ilə oynayacaq “Azəryol” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Bakı klubu bu dəfə Azərbaycan millisinin sabiq toppaylayıcısı Anita Bredisi rənglərinə bağlayıb.

 

“Lokomotiv-Biləcəri”nin dağılmasından sonra legioner həyatı yaşayan 23 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. 2013/2014 mövsümündə Nijni Novqorod “Sparta”sında, 2014/2015 mövsümündə isə Türkiyənin “Yeşilyurt”unda forma geyinən Bredis artıq avrokubok üçün də sifariş edilib. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, 179 sm boya malik toppaylayıcının gəlişi ilə “Azəryol”dakı oyunçuların sayı 17-yə çatıb. Paytaxt təmsilçisi ondan öncə Marin Apitz (Almaniya), Kila Riçey (Kanada), Şəfaqət Həbibova, Ceyran Əliyeva, Yuliya Kərimova, Çinarə Quliyeva, Leyla Parşkova, Aynur Kərimova, Yelena Parxomenko, Yekaterina Jidkova (hamısı Azərbaycan) Malika Kanzonq (Tailand), Stefani Niemer, Janell Saykes, Loren Vayt (hamısı ABŞ), Anna Stepanyuk (Ukrayna) və Kinqa Kasprjakla (Polşa) anlaşmışdı.