12 Noyabr 09:15 Aneta Havlikovadan 3 qat fərq
TOP OYUNLARI xəbərləri 12 Noyabr 09:15
409 baxış

Aneta Havlikovadan 3 qat fərq

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Lokomotiv” (Azərbaycan) – “Azərreyl” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3:1 hesabı ilə nominal ev sahiblərinin xeyrinə başa çatan qarşılaşmanın ən yaxşı oyunçusu Aneta Havlikova olub.

 

Çexiyalı legioner 30 xal toplamaqla, bombardir adına da sahib olub. Fransua Salvaqninin digər yetirmələrindən Aleksandra Srnçeviç 14, Hana Çutura 11, Yaroslava Pencova 7, Berit Kauffeldt 6 və Özge Kırdar Çemberci 5 xala sevinib.

 

“Azərreyl”in heyətində isə xüsusi fərqlənən voleybolçu olmayıb. Bülənt Karslıoğlunun komandasında Madison Kinqdonla Cessika Cons (Susan) hərəyə 10, Hali Ekerman 9, Stefanye Enrayd 8, Odina Bayramova ilə Straşmira Filipova hərəyə 7, Natalia Valentinlə Fatu Diuk hərəyə 2 və Nutsara Tomkom 1 xal yığıb.

Xəbər lenti