6 Oktyabr 10:51 Avropa çempionatındakı fiasko yığmamızı “onluq”dan çıxardı
TOP OYUNLARI xəbərləri 6 Oktyabr 10:51
6352 baxış

Avropa çempionatındakı fiasko yığmamızı “onluq”dan çıxardı

Avropa Voleybol Konfederasiyası qadın komandalar arasında yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, qitə çempionatının yekununa əsasən açıqlanan siyahıda Azərbaycan millisi mövqeyini əldən verib.

 

Belə ki, Belçika və Hollandiyada keçirilən Avropa çempionatında Faiq Qarayevin yetirmələri qrupda keçirdikləri oyunları uduzaraq, ilk mərhələdəcə mübarizəni dayandırdıqlarından aktivlərinə xal əlavə edə bilməyiblər. Bu səbəbdən də komandamız ilk “onluğ”u tərk edib. Hazırda aktivində 242 xalı olan yığmamız 1 pillə irəliləyən Çexiya ilə birgə 11-12-ci yerləri bölür.

 

Siyahıya ardıcıl 2-ci, ümumilikdə 19-cu dəfə Avropa çempionu olan Rusiya millisi başçılıq edir. Hesabında 336 xalı olan şimal qonşularımız liderliyi 1/4 finalda uduzan İtaliyadan (322) təhvil alıblar. İlk “üçlüyü” isə qitə birinciliyində də üçüncü olan Serbiya qapayır – 320 xal.

 

İlk “onluq”da sonrakı yerlərdə müvafiq olaraq, Türkiyə (318), Almaniya (308), Hollandiya (288), Belçika (284), Polşa (280), Xorvatiya (264) və Bolqarıstan (254) milliləri qərarlaşıblar.

 

Qeyd edək ki, Avropa çempionatında maksimum – 50 xalı yarışda 4-cü olan Türkiyə qazanıb. Yarışda mübarizə aparanlardan isə ən çox Macarıstan irəliləyib. Komandamıza qalib gəlməklə pley-offa yüksələn rəqib 4 pillə qabağa gedib. 

Xəbər lenti