6 Sentyabr 01:25 Avropada basketbol bayramı başladı, Türkiyə ilk turda tarixi uğur qazandı
TOP OYUNLARI xəbərləri 6 Sentyabr 01:25
1700 baxış

Avropada basketbol bayramı başladı, Türkiyə ilk turda tarixi uğur qazandı

Bu gün basketbol üzrə Avropa Çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Ukraynadakı siyasi vəziyyətlə əlaqədar olaraq təşkilat hüququ bu ölkədən alınaraq Avropanın 4 şəhərində - Monpelye (Fransa), Berlin (Almaniya), Zaqreb (Xorvatiya) və Riqa (Latviya)da keçirilməsinə qərar verilmiş qitə birinciliyinin ilk oyun günündə olduqca maraqlı nəticələr qeydə alınıb.

 

Avropanın ən güclülərindən Serbiya millisi İspaniyanı məğlub edib – 80:70.

 

Turnirin favoritlərindən Litva yığması isə Ukraynaya çətinliklə qalib gəlib – 69:68.

 

Qonşumuz Gürcüstan isə Finlandiyaya minimal hesabla uduzub – 72:73.

 

Azərbaycanlı basketbolsevərlərin də böyük maraqla izlədiyi Türkiyə millisi isə ilk turda tarixi uğura imza atıb. Belə ki, ay-ulduzlular 58 ildi bir dəfə də olsa qalib gələ bilmədikləri İtaliya yığmasını məğlub ediblər – 89:87.

 

İlk oyun gününün bütün nəticələrini təqdim edirik.

 

A qrupu

 

Polşa – Bosniya və Hersoqovina – 68:64

İsrail – Rusiya – 76:73

Fransa – Finlandiya – 97:87

 

B qrupu

 

Almaniya – İslandiya – 71:65

İspaniya – Serbiya – 70:80

İtaliya – Türkiyə - 87:89

 

C qrupu

 

Gürcüstan – Hollandiya – 72:73

Makedoniya – Yunanıstan – 65:85

Xorvatiya – Sloveniya – 80:73

 

D qrupu

 

Çexiya – Estoniya – 80:57

Belçika – Latviya – 67:78

Litva – Ukrayna – 69:68

Xəbər lenti