14 Oktyabr 08:54 “Azarkeşlərimizə qələbə sevinci bəxş etmək istəyirik” – yeni kapitanın ilk açıqlaması
TOP OYUNLARI xəbərləri 14 Oktyabr 08:54
1514 baxış

“Azarkeşlərimizə qələbə sevinci bəxş etmək istəyirik” – yeni kapitanın ilk açıqlaması

“Telekom”un yeni kapitanının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisində bu məsul vəzifəni Ana Priyeva (Kleger) yerinə yetirəcək.

 

Azərbaycan Super Liqasının və Çempionlar Liqasının 2015/2016 mövsümündə kapitan olacaq hücumçu artıq yeni illə bağlı ilk açıqlamasını da verib. Priyeva bildirib ki, xüsusilə avrokubokda uğurlu nəticəyə ümid edirlər: “Biz komandaya yeni qoşulan oyunçularla birgə çalışacağıq. Əminəm ki, baş məşqçimizin tapşırıq və məsləhətlərini yerinə yetirsək, yaxşı nəticə qazanacağıq. Çempionlar Liqasına uğurlu start verəcəyimizə də ümid edirik. Oktyabrın 29-da “İmpel”lə qarşılaşmada azarkeşlərimizə qələbə sevinci bəxş etmək istəyirik”.

Xəbər lenti